haqqımızda

Onyx Systems global şirkət olmağı hədəfləmiş komandadır

Onyx Systems

Biznes proseslərin idarə edilməsi, Kiber təhlükəsizlik və informasiya texnologiyaları sahəsində müştəri məmnuniyyətinin yüksək səviyyəsini yaratmaq və ölkəmizdə informasiya təhlükəsizliyi sektoruna peşəkar dəstək vermək məqsədi ilə qurulan “Onyx Systems” strateji kiber təhlükəsizlik üzrə məsləhət və təhlükəsizlik təlimləri sahələrində müəssisə və şirkətlərə xidmətlər göstərir.Biznes proseslərin qurulması və avtomatlaşdırılması həmçinin Kiber təhlükəsizlik təlimləri ilə bu sahədə özlərini inkişaf etdirmək istəyən şəxslərə də dəstək olur.

Korporativ və ya özəl şirkətlərə İT audit xidmətləri, kiber hücumların qarşısını almaq və kritik məlumatların şirkətdən çıxarılmasının qarşısını almaq üçün konsultasiya xidmətləri təqdim edir və müştərilərin kiber hücumlara qarşı hazır və etibarlı olmasını təmin etmək üçün çalışır.

İnkişaf edən texnologiya ilə, Onyx Systems daim öz üzərdində işləyir və müştərilərimizin dəyişən ehtiyaclarını görərək bu ehtiyacları ödəyə biləcək yeni məhsullar və xidmətləri öyrənir, təşkilat strukturundakı iş ortaqları ilə birlikdə keyfiyyətli xidmət göstərir. Əsas prinsip olaraq, fərdi yaradıcılığı dəstəkləməklə yanaşı, digər tərəfdən işlərin keyfiyyətinin təminatı olan komanda işi də həyata keçirir.

Yüksək səviyyəli İT həllərimizi və xidmətlərimizi bütün ölçülü müəssisələrə təqdim etməkdən böyük qürur hissi keçiririk. Biz, bacarıqlarımızı, təklif etdiyimiz texniki cəhətdən mürəkkəb İT həlləri, müəssisələrdə illərlə geniş bir sıra mürəkkəb layihələri tətbiq etməklə zənginləşdirmişik. Xüsusi İT həlləri olan bir çox İT texnologiyaların tələblərini dərindən öyrənməyə vaxt ayırdıq. Bu təcrübə bizi İT Həllər və İT dəstək ilə bütün sahələrdə fəaliyyət göstərən müəssisələrə kömək etmək üçün yaxşı bir şərait yaratdı.

Xidmətlərimizin bir qismi

  • IT Audit

  • IT Konsultasiya

  • Biznes Prosesləıin avtomatlaşması

  • Bulud infrastrukturu

  • Kiber təhlükəsizlik

  • 24×7 Helpdesk


Sualınız var?

Hörmətli Həmvətənlərimiz

Pandemiyanın həm maddi həmdə mənəvi zərərini  nəzərə alaraq, təklif etdiyimiz istənilən xidmətlə bağlı konsultasiya və başlanğıc səviyyə işlərin görülməsini təmmənasız həyata keçirməyə qərar vermişik. Daha ətraflı məlumat üçün bizə yazmağınız kifayətdir.

Bizə yazın