bulud infrastrukturu (IaaS)

Infrastructure as a Service / infrastruktur xidmət formatında

Bulud həlləri, Buluda köçək

Infrastructure as a Service (IaaS) İnternet üzərindən hesablama, məlumatın saxlaması(storage), şəbəkə və digər imkanların çatdırılması üsuludur. Bulud strukturu, şirkətlərə əlavə avadanlıqlar (server, switch, storage və s.) almadan, idarə etmək, təmir saxlama xərcləri olmadan veb üzərində idarə olunan böyük bir infrastrukturdur . Bulud platformalarının ən populyarlarına Amazon Web Services (AWS) və Microsoft® Azure® daxildir.

Bulud İnfrastrukturu ən sürətli böyüyən bulud seqmentidir, Gartner-in son hesabatına görə, 2019-ci ildə böyümə proqnozu 36.8 faizə çatacaq. IaaS-in fenomenal böyüməsi, əsasən məlumat mərkəzlərindən buludlara davamlı hərəkət edən müəssisələrə bağlıdır.

cloud

“Cloud Computing” (“cloud və ya bulud” da deyilir), öz fiziki kompüterinizdə və ya şəbəkənizdə olduğu kimi, onlayn olaraq məlumatların saxlanması, idarə olunması və işlənməsini mümkün edir.

Bulud Texnologiyaları əsasən 3 (IaaS, PaaS, SaaS) tipə bölünür.

IaaS

IaaS əsasən daha spesifik tələbatlar üçün nəzərdə tutulmuş proektlər və ya tam infrastrukturu köçürmək üçün

PaaS

Paas əsasən Developerlər və İnfrastrukturu düşünmədən Bulud üzərindən xidmət təşkil etmək istəyən bizneslər üçün

SaaS

SaaS isə sadəcə laptopunun internetə bağlayıb işini görmək istəyənlər üçün nzərdə tutulub

iaas-saa-paas

Infrastructure as a Service

IaaS bulud modelində Bulud provayder Öz Data mərkəzində Bütün infrastrukturu saxlayır. Bu infrastruktura Serverlər, Storage-Saxlanc yerləri, Şəbəkə avadanlıqları və Virtuallaşdırma üçün lazım olan Hypervisor daxildir.
IaaS – Şəbəkə vasitəsilə Bulud provayderin portalına daxil olan müştəriyə, Provayderin təqdim etdiyi Hypervisor vasitəsilə Bulud infrastrukturda, ona lazım olan parametrlərə malik Virtual Server və ya serverlər yaratmağa onları klasterizasiya eləməyə, alt şəbəkələr yaradaraq onlar arasında məlumat mubadiləsinin qaydalarını təyin etməyə, yaratdığı virtual serverlərə ona lazım olan OS – Əməliyyat sistemi yükləyərək, RDP, SSH və ya console- konsol kimi tətbiqlərlə bu serverlərə qoşula bilərlər. Bu Bulud modelində Serverlə bütüm hüquqlu administrator və ya root girişi etdiyiniz üçün istənilən tətbiqi yükləyə istifadə edə və ya internet üzərindən yayımlaya bilərsiniz.
IaaS provayder digər infrastruktur komponentlərini də müştərilərə təklif edir. Bunlara misal olaraq, Billing- Avtomatik ödəniş sistemləri, Monitorinq, Log- Hadisə və əməliyyatların tarixçəsi, Load Balancing ( Yüklərin paylaşdırılması/tarazlaşdırılması) və Clustering -Klasterizasiya və ya bir neçə resusun vahid bir resus kimi istifadəsi, Backup -Rezerv nüsxələnmə, replikasiya və bərpa xidmətini göstərmək olar.

Platform as a Service

PaaS bu model IaaS modelindən daha üst modelidir. Əgər siz proqramçısınız və Serverdə olan OS – Əməliyyat sistemi, DB – Məlumat bazası (MySQL, MsSQL, PostgreSQL) kimi sistemlərin platformasını təşkil edən komponentlərlə görə cavabdeh olmaq istəmirsinizsə bu model tam sizə görədir. Bu halda siz yalnız bu platforma üzərində quracağınız proqrama cavabdehlik daşıyacaqsınız.
Əsas üstün tərəfləri sizi İnfrastruktur, Şəbəkə, ƏS, yenilənmələr, patchlar, və buglarla məşğul etməkdən azad edir. Eyni zamanda Əməliyyat sistemi, Backup nüsxələnmə, Antivirus, Məlumat bazası lisenziyası üçün külli miqdarda ödəniş etməyinizə ehtiyac yoxdur.

Software as a Service

SaaS bu modeldə müştəri yalnız Bulud provayder tərəfindən təqdim olunmuş proqram təminatlarından istifadə hüquqlarına malik olur. Buna misal olaraq, WebMicrosoft Office365 və ya Google G Suite məhsullarını göstərmək olar. Bu model əsasən Yeni başlamış biznes sahiblərinə və ya xüsusi olaraq İnfrastruktura, Platformaya, proqram təminatına cavabdehlik daşıya biləcək ayrılmış əməkdaşları olmayan Bizneslər üçün uyğundur. Əsas çatışmayan cəhəti isə lazım olduğu təqdirdə belə İnfrastruktur , Platforma və ya proqram təminatı səviyyəsində sistemə heç bir müdaxilə və dəyişiklik etmək mümkün deyildir. Siz yalnız müqavilə çərçivəsində xidmətdən istifadə edən müştərisiniz. Yekun olaraq qeyd etmək lazımdır ki, Bulud modellərdən istifadə bugünün və sabahın texnologiyasıdır. İqtisadi səmərəlik baxımından 3-5 və daha uzunmüddətli strategiyası olan şirkətlərin seçimidir. Çünki Bulud sizə İT xərclərinizə 70%-dək qənaət etmənizə şərait yaradır. Hal hazırda böyük holdinq və şirkətlər kütləvi şəkildə öz daxili Data Mərkəzlərindən tam və ya qismən imtina edərək Buluda miqrasiya edirlər.


Bulud hesablama texnologiyasının inkişafı sayəsində böyük məlumatların internetdə saxlanması və bu məlumatların əldə edilməsi mümkün olmuşdur. Bu imkanlara uyğun olaraq, Sənaye 4.0 tikinti bloklarından biri olan böyük məlumatların (BIG data) sənayedə tətbiq olunması imkanı yarandı.
Bulud texnologiyası şirkətlər, universitetlər və s. böyük təşkilatlar tərəfindən qurulur və paylaşılır. Bu texnologiyadan istifadə fərdi kompüterlərin yükünü azaldır və müxtəlif proqramlar bulud infrastrukturu tərəfindən təmin edilir. Adətən, istifadəçilər kompüterlərinə proqramları yükləmək və quraşdırmaq istəmirlər.
Bu şəraitdə isə bütün emal və saxlama bulud sistemi tərəfindən təmin edilir. Buludda, virtual bir maşında saxladığımız bütün tətbiqlərə, proqramlara və məlumatlara internetə qoşulmuş cihzla asanlıqla əldə edə bilirik.

Niyə bulud -a köçək?

IaaS istifadə edən müəssisələr, infrastruktur xərclərini kəskin şəkildə azalda bilər, çünki məlumat mərkəzləri üçün avadanlıq almağa, avadanlığın saxlanmasına və dəyişdirilməsinə və ya 24x7x365 işləməsini izləməyə ehtiyac yoxdur.

Cloud Computing xidmətlərindən günün 24 saatı, həftənin 7 günü istifadə edə bilərsiniz və şirkətin problemlərini minlərlə kilometr məsafədən asanlıqla həll edə bilərsiniz. Zamana ciddi qənaəti təmin edir.

Məlumatların idarə edilməsini asanlaşdırır, iş axınını şəffaflaşdırır, işi daha sürətli icrasını təmin edir, potensial problemlərin yaranmamasına və ya qısa müddət ərzində həll olunmasına şərait olur.

Biz nə təklif edirik..

Hal-hazırki infrastrukturunuzun Audit edilməsi və nəticəyə uyğun olaraq Biznesinizə uyğun ən yaxşı və sərfəli həll yolunu təklif edirik. Həmçinin sertifikatlı mütəxəssislərimiz istərsəniz sizə təlim keçərək idarə panelinin sizə təhvil verə və ya biz bu sistemləri dəstəkləyə bilərik. Cloud ilə həm zamana həm xərclərə ciddi nəzarət edə biləcək ve texnologiyaya ayaq uyduraraq məkandan asılılıq problemindən azad olacaqsınız. Cloud ilə biznesininz telefonunuzda, komputerinizdə internetin olduğu hər yerdə olacaq.

Sualınız var?

Hörmətli Həmvətənlərimiz

Pandemiyanın həm maddi həmdə mənəvi zərərini  nəzərə alaraq, təklif etdiyimiz istənilən xidmətlə bağlı konsultasiya və başlanğıc səviyyə işlərin görülməsini təmmənasız həyata keçirməyə qərar vermişik. Daha ətraflı məlumat üçün bizə yazmağınız kifayətdir.

Bizə yazın