Intranet nədir

intranet

İntranet, şirkət məlumatlarını işçilər arasında etibarlı şəkildə bölüşmək üçün istifadə olunan müəssisə daxili xüsusi bir şəbəkədir. İntranet qruplarla işləməyi asanlaşdırmaq üçün də istifadə edilə bilər.

İntranet işçilərə vacib məlumatları, bağlantıları, tətbiqetmələri və formaları habelə məlumat bazalarını asanlıqla əldə etməyə imkan verməklə təşkilat daxili kommunikasiyanın gücləndirilməsində müstəsna rol oynayır.

İstifadə istiqamətləri

– Gündəlik təkrarlanan işləri daha sadə hala gətirməklə nizamlamaq
– Vacib məlumat və şirkət məlumatlarını vahid verilənlər bazasında mərkəzləşdirmək və idarə etmək.
– Məlumat bütün şəbəkə daxilində rahatlıqla bölüşülə biləcəyindən kommunikasiyanı gücləndirmək.
– Şirkətdəki rollarına görə işçilərə fərdi məzmun təmin etmək.
– İşçilərin məlumat kitabçalarını, şirkət xəbərlərini və təşkilat qrafiklərini hazır vəziyyətə gətirərək daxili kommunikasiyani yaxşılaşdırılması.
– Şirkət siyasətləri, faydaları və yenilikləri haqqında məlumatları sürətli və asan əldə etmək.

inet

İntranet necə işləyir

Müəssisə daxili VEB server üzərində CMS (content management system – məlumatların idarəedilməsi sistemi) qurularaq, serverin müəssisə daxilində hər kəsə əlçatan olması üçün konfiqurasiya edilir. Müasir dövrdə hər şəyin internetə daşınmasını nəzərə alaraq İntranet artıq internet üzərindən (extranet) də əlçatan olması tələb oluna bilir. Bu halda VPN qoşulmadan istifadə edilməklə və ya Serverin təhlükəsizlik məsələlərinin gücləndirilməsi ilə internet üzərindən qoşulma aktiv edilə bilər. Həmçinin Onyx Systems kimi cloud təklif edən təşkilatlarla müqavilə bağlayaraq İntranetin Cloud üzərində saxlanması və idarə olunması mümkündür.

İntranetin üstünlükləri və problemləri

intranet plus

İntranetdən istifadənin bəzi potensial üstünlüklərinə aşağıdakılar daxildir:

  • Təkmilləşdirilmiş rabitə, məlumat mübadiləsi və gücləndirlimiş əməkdaşlıq.
  • Satış və əməliyyat xərclərinin aşağı olması səbəbindən investisiya gəlirliliyinin artması (ROI).
  • İnsan resurslarının işçilərin qeydlərini idarə etmək və müştəri xidmətləri nümayəndələrinin yardım və istəklərini izləmək imkanı.
  • İntranetin şirkətin İnternet səhifəsində tətbiq edilməzdən əvvəl yeni fikirlərin sınaq mühiti kimi istifadəsi.
  • İnsanlar ətrafında qurulan və geniş iştirak və qarşılıqlı əlaqəni təmin etməyə yönəlmiş bir sosial intranetdən istifadə etməklə iş daxilində inkişaf etmiş bir korporativ mədəniyyət.

İntranetdən istifadə edərkən qarşılaşılan bəzi problemlər bunlardır:

  • İntranetin ilk həyəcanı və yeniliyindən sonra istifadəçilər arasında maraq itkisi, məzmun çatışmazlığı ilə nəticələnə bilir.
  • İntranetin düzgün işləməsini və köhnə, yersiz məzmunla köhnəlməməsinin qarşısını almaq üçün davamlı nəzarət tələb olunur.
  • Sistemin daima UpToDate qalması üçün insan resursuna daima ehtiyac duyulur

Ümumilikdə göründüyü kimi mənfi xüsusiyyətləri qatdığı dəyərlərin qarşısında əhəmiyyətli mövqe tutmur. İntranetin olması təşkilat üçün mənbələrin birləşdirilməsinə, düzgün informasiyanın paylaşılmasına, işçilərə informasiyanın vaxtında və tam ötürülməsinə zəmin yaradır. Bu siyahıya Task management, sənəd dövriyyəsi, sənədlərin təsdiqi və razılaşdırılması, KPİ və s. kimi çox fiunksiyalar əlavə etmək mümkündür. İntranetin müəssisəyə qatacağı dəyərlər saymaqla bitməyəcək dərəcədə çoxdur. Bir növ sizin müəssisədə görmək və yaratmaq istədiyiniz mədəniyyəti yaradacaq alətdir.

Onyx Systems olaraq Sizə lazım olan tam dəstəyi göstərməyə komanda olaraq tam hazırıq.

cloud

Bulud-dan qorxmaq lazim deyil

Yeni tətbiqlər hazırlayarkən və ya mövcud infrastrukturu bulud-a köçürərkən nəzərə alınmalı olan təhdidlər, həssas məqamlar və məsuliyyət.

Qlobal olaraq, buluddan istifadə edən şirkətlər artıq 70% -dən çoxdur. Bu populyarlıq, buludun təklif etdiyi rahatlıq səbəbindəndir. Bulud həlləri bütün dünyada müəssisələrə sürətli tətbiqetmənin(developing) inkişafı və infrastrukturun idarə olunması üçün səmərəli bir həll təqdim edir həmçinin sadələşdirilmiş İT idarəetmə və ya boyümə(avadanlıq almadan) asanlığı, uzaqdan giriş və ya mobil olmaqda bu siyahiya əlavə oluna bilər. Bununla birlikdə, bulud platformaları seçən müəssisələri narahat edən bir səbəb, məlumatların və bulud üzərindəki tətbiqlərin təhlükəsizliyidir. Paylaşılan qaynaqlar genişlənə bilən və rahatlıq baxımından əladır, ancaq o qədər də texnoloji olmayan peşəkarlar üçün həmişə ən uyğun seçim olmaya bilər. Mütəxəssislər də buluddan istifadə zamanı risk, təhdid və zəifliklərin olduğuna inanırlar!

Məlumatların pozulması, məlumatların itirilməsi, DDoS hücumları, icazəsiz giriş və s. Həm bulud, həm də yerli məlumat mərkəzləri üçün ümumi risklərdir; Nəzarətin zəif olması, düzgün olmayan (təhlükəsizlik qaydalarına əməl edilmədən hazırlanan) API, məlumatların tam silinməməsi və s. bulud platformaları üçün təhlükəlidir.

cloud-blog-cognixia

Aşağıdakı 5 ən yüksək bulud təhlükəsizlik riskləri və təhdidlərinin siyahısı göstərilibdir:

İnsan xətası

Gartner’in yazdığına görə, 2022-ci ilə qədər buluddakı təhlükəsizlik məsələlərinin təxminən 95% -i müştərilərin günahı səbəbindən olacaqdır.

Buluddakı təhlükəsizlik istifadə olunan siyasət və texnologiyalardan asılıdır. Gələcəkdə, bütün bulud təhlükəsizliyi məsələləri, bulud provayderinə deyil, istifadəçiyə aid ediləcəyi güman edilir.

Daxili Hücumlar

İnsider Threat Reporta -a görə, 2018 ci ildə sorğuda iştirak edən təşkilatların 53% -i daxili təhdidləri ən yüksək risk adlandırdı.

Etibarlı daxili resurslardan qaynaqlanan təhlükəsizlik təhdidləri zərərli kənar şəxslərlə müqayisədə daha çox ziyanverici nəticələrə malikdir. Daxili istifadəçilər daha səhlənkar olur və kənar tısirlərin zərərli niyyətinin qurbanı olurlar. Bunlardan başqa, qəsdən ziyan vermək istəyən daxildə çalışanlarda var ki, onlar da ehtiyatsız digər işçilərlə birlikdə buludda həyəcan verici bir təhlükə yaradırlar.

DDoS Hücumlar

Həm bulud istifadəçiləri, həm də bulud xidməti təminatçıları (CSP) Distribution Denial of Service (DDoS) hücumları səbəbindən əhəmiyyətli dərəcədə riskdədirlər. Bu, yalnız uzun müddət xidmət kəsilmələrinə səbəb olmur, həm də müştərilərin məlumatlarına xələl gətirir.

Yalnış API-lar 

Tətbiqinizin bulud ilə əlaqəsi üçün ən praqmatik yol API-lər vasitəsi ilə əlaqədir. Beləliklə, kənardan müdaxilə etmək istəyən biri üçün bir API ilkin giriş nöqtəsinə bənzəyir. Bu təhlükə istifadə olunan API-nin zəif nöqtələrini aşkar etmək üçün geniş nüfuzetmə sınağı(Pentest) ilə aradan qaldırıla bilər.

Məlumat İtkisi

Buludda saxlanılan məlumatların 21% -i həssas (konfidensial) infrmasiyadır.

İstifadəçi məlumatları, müəssisənin məxfi məlumatları, həssas məlumatların və s. oğurlanması bir müəssisə üçün görünməmiş zərərlərə səbəb ola bilər. Məlumatların pozulması ən çox yayılmış təhlükəsizlik risklərindən biridir və buludla məhdudlaşmır, lakin bulud istifadəçiləri üçün ən böyük təhlükə olaraq yer alır.

BULUDU TƏHLÜKƏSİZ ET

“Bu gün qaçmaqla sabah məsuliyyətdən yaxa qaçıra bilməzsən.”

Abraham Lincoln

Buludda ən çox görülən beş təhlükə və riskləri müzakirə etdikdən sonra, buludu müəssisələr üçün daha etibarlı etmək üçün beş strategiya var. Buludda yaşamağınız üçün bu beş əmrdən bir siyahı hazırlayın:

  • Məlumatlarınızı şifrəsiz saxlamamalısınız
  • Anti-virusdan istifadə etməyi gözardı etməməlisiniz
  • Həssas məlumatlar üçün çox səviyyəli identifikasiyaya mütləq etməlisinz
  • Sərt təhlükəsizlik tədbirləri hazırlmadan və ya təyin etmədən storage seçməməlisiniz
  • Buludda vacib və həssas məlumatları saxlamamalısınız

Bulud xidmətlərimiz haqqında

İllər keçdikcə bulud hesablamaları(cloud computing) İT dünyasında əsas yer tutmağa başladı. Amazon AWS və Microsoft Azure digərləri arasında buludun əsas oyunçularına çevrildilər. Buludu etibarlı bir şəkildə istifadə etmək, maksimum üstünlükləri əldə etmək vacibdir. Bunun üçün, bulud platformasında olan risk və təhdidləri azaltmaq üçün yüksək səviyyəli bulud strategiyalarını hazırlayan və tətbiq edə bilən bulud təhlükəsizliyi xidməti təklif edirik.

VoİP (İP telefoniya) Nedir? / Onyx Systems

Bu məqalədə İP telefon sistemi haqqında, qısa və hər kəsin başa düşəcəyi bir formada ətraflı məlumat verməyə çalışmışam. Ümid edirəm ki, qaranlıq mövzu saxlamamışam.

  1. Texnologiyanın sürətli inkişafı ilə şirkətlərin əvəzolunmaz rabitə mənbəyi olan telefon kommutator(ATS) sistemlərində bir çox yeniliklər baş verir.

 Müəssisələr yeni bir telefon kommutasiya infrastrukturu planlaşdırdığı zaman, mütləq şəkildə bəzi məsələlərə diqqət yetirməlidirlər.

Sərmayə qoyulacaq IP PBX texnologiyası ən son texnoloji yenilikləri özündə birləşdirməlidi və alınan texnologiya (və ya proqram təminatı) sadə yeniləmələrlə uzun müddətli istifadə edilməlidir. Köhnə ənənəvi analoq PBX sistemlərində əlavə avadanlıqla bir çox xüsusiyyət/funksionallıq sistemə əlavə edilirdisə, IP PBX sistemlərində bu xüsusiyyət/funksionallı və tətbiq sistemə daxil edilmiş formadadır. Unutmamalıyıq ki, texnologiya çox tez köhnəldiyindən bu gün edilən hər hansı bir texnologiya sərmayəsi və aldığımız sistemlərin gələcək rabitə ehtiyaclarımıza cavab verməsini təmin etmək üçün diqqətli olmalıyıq.

İndiki vaxtda bir çox texnoloji cihaz internet infrastrukturu üzərində işləyir (nəzərə alsaq ki iOT üzrə ciddi inkişaf gedir, yaxın gələcəkdə bütün cihazların internetə bağlı olacağını deyə bilərik), telefon kommutator sistemlərinin internet üzərindən çalışması/qoşulması artıq actual bir məsələdir. IP əsaslı telefon kommutasiya sistemlərinin köhnə ənənəvi analoq sistemlərdən daha çox xüsusiyyət və üstünlüklərə sahib olması, bu systemin prioritet olmasına gətirib çıxarır.

İOT

 İP Telefon sisteminin (İP PBX kimi davam edəcəyik) üstünlüklərinı biraz ətraflı baxaq:

– IP Telefoniya İnfrastrukturundan istifadə edən bir müəssisə, şəbəkə infrastrukturundan (internet) istifadə edərək, bütün filialları ilə pulsuz telefon danışıqları edə bilər və bir filialdan gələn zəngləri, digər filialına və ya uyğun istənilən nöqtəyə yönləndirə bilər. VOİP texnologiyası sayəsində bütün filiallar vahid bir nömrə altında tək bir sistem kimi işləyir.

– IP Kommutatorlarla istifadə üçün hazırlanan mobil tətbiqetmələr (ios / android) sayəsində işçilər internetin olduğu hər yerdə daxili nömrəsini mobil telefonlarında, daxili telefonlari kimi istifadə edə bilər. Stolüstü telefonlara ehtiyac duymayan ağıllı telefonlar (Smartphone), planşetlər və noutbuklar sayəsində Siz dünyanın hər yerindən daxili telefonlarınızdan istifadə edə bilərsiniz.

– Alternativ operatorlar sayəsində ənənəvi analoq telefon xətti əvəzinə SIP (sip trunk) istifadə edilən telefon danışıqlarında ciddi qənaət əldə edilə bilər. SİP istifadə etməyin başqa bir üstünlüyü cari nömrənizdən limitsiz sayda telefon zəngi ala və ya edə bilmənizdir.

DİQQƏT: SİP trunk üzərindən qoşulmuş telefon xəttində səs keyfiyyətinin yaxşı olması üçün internetin sürətli olması mütləq nəzə alınmalıdır. İnternet sürəti yavaşlasa, səs keyfiyyəti azalacaq, səs gecikəcək və əlavə səslər əmələ gələcəkdir. 

– Ənənəvi analoq telefon sistemlərində, hər bir abunəçi üçün bir cüt telefon kabelindən istifadə edərkən, IP PBX-lər üçün xüsusi bir xətt keçirməyə ehtiyac yoxdur, həm IP telefon, həm də kompüter IP telefonundakı şəbəkə multipleksor portlarını istifadə edərək şəbəkəyə qoşulur. Yəni kompüter üçün çəkilmiş bir şəbəkəxətti, həm telefonu həm də kompüteri istifadə etməyə imkan verir.

– IP PBX-lərdə gücü(say, funksiyalar,süsusiyyıtlər və s.) artırmaq lazım olduqda əlavə lisenziyalar əldə etməklə sistem gücünü çox sadə bir şəkildə artıra bilərsiniz.

 – IP Telefon sistemlərini idarə etmək üçün browser kifayət edir. Browser üzərindən qoşularaq həm dəyişiliklər etmək, həm ehtiyat nüsxəsini çıxarmaq və ya bərpa etmək mümkündür. Lazımi hallarda sistemə uzaqdan qoşularaq idarə edilə bilər. Müəssisələrin İT mütəxəssisləri İP telefon sistemlərini asanlıqla idarə edə bilərlər.

– IP PBX-lərin digər bir üstün xüsusiyyəti beynəlxalq sip standartında istehsal olunan bütün markaların IP telefonlarına dəstəkləməsidir.

– Video zəng etmə xüsusiyyətinə sahib IP telefonları və digər proqram əsaslı telefonlar öz aralarında video zənglər (video konfrans) edə bilərlər.

 -Köhnə ənənəvi analoq sistemlərdə əlavə bir kartla təmin edilən robot operator sistemi (İVR), İP PBX üzərində funksiya olaraq hazır gəlir (bir çox hallarda bu sistem üçün lisenziya tələb olunmasa da, bəzi İP PBX sistemlərdə lisenziya tələb oluna bilər). Analoq sistemlə müqayisədə daha funksional bir quruluşa sahib olan bu səsli cavab sistemləri, artıq fərqli şirkətlərə fərqli qarşılama edə bilər və ssenariyə görə alt menyular yaradıla bilər. Daha detallı açıqlasaq funksiya aşağıdakı formada çalışır.

Salam. Siz Onyx şirkətinə zəng etmisiniz, Satış şöbəsi üçün 1, İT helpdesk üçün 2, Operator üçün isə 0 düyməsini seçin. Bu düymələr seçildikdə isə Sizin seçdiyiniz istənilən nömrəyə (daxili, mobil, şəhər,ölkə xarici və s.) zəng yönləndirilə bilər.

– IP PBX sistemlərində quraşdırılacaq əlavə lisenziyalarla (bəzən lisenziya tələb olunmur) danışıqlar yazıla/saxlanıla bilər.

OnyX Systems, İP PBX texnologiyası ilə bağlı, müəssisənizə uyğun sistemlər hazırlamağa və təbiq etməyə hazırdır. Bu sahə üzrə Sertifikatlı mütəxəssislər tərəfindən Konsultasiya xidməti göstərilir və tətbiq edilir.