CRM nədir

CRM (Customer Relationship Management) ya da “Müştərilərlə Əlaqələrin İdarəetmə Sistemləri”, firmaların var olan veya potensial müştəriləri ilə qurduqları əlaqəni ən faydalı, en effektiv və sonda en sərfəli hala gətirmək üçün istifadə etdikləri metoddur deyə bilərik. CRM nədir sualının cavabını bu yazımızda izah etməyə çalışacağıq.

Günümüzdə məhsula foksulanan idarəetmə, qloballaşma ilə müştəri yönümlü bir idarəetmə ilə əvəz olundu. Bundan əlavə, xüsusilə istehsal xərclərindəki artım şirkətləri daha çox fərdi satışa yönəltdi və marketinq kanallarından daha səmərəli istifadə etmə zərurəti ortaya çıxdı. Rəhbərlik, şirkətin şirkətin irəliləməsini izləyə bilməsi, səhvləri görə bilməsi və bu səbəbdən uğurlu bir CRM işi qurması üçün müştəri yönümlü bir idarəetmə fəlsəfəsini mənimsəməlidir. CRM bir sıra metodlar toplusu olsa da, CRM proqram təminatı kimi bu metodlar arasında ən böyük paya sahib olduğu üçün, CRM dediikdə ümumiyyətlə CRM proqramına istinad edilir.

CRM nə olduğunu indi daha ətraflı izahına edək.

CRM Nədir?

Bu gün CRM proqram təminatı, böyük şirkətlərdən tutmuş kiçik, orta və mikro ölçülü şirkətlərə qədər satış gəlirliliyini artırmaq üçün istifadə etdiyi bir üsuldur. Müştəri münasibətlərində səmərəliliyi və effektivliyi təmin etmək üçün əvvəlcə müştərinin nəyə ehtiyac duyduğunu başa düşmək və bu ehtiyac üçün uyğun məhsullar hazırlamaq, daha sonra məhsulu lazımi zamanda, uyğun qiymətə və lazımi yerdə lazımi müştəriyə təqdim etmək lazımdır. Yaxşı CRM nədir?

CRM və ya “Müştəri ilə Əlaqələri İdarəetmə” müştərini dinləyərək satışlar üçün yeni strategiyalar hazırlamaq deməkdir. CRM proqram təminatlarının hamısı bu məqsəd üçün hazırlanmışdır. Başqa sözlə, CRM proqramı, potensial müştərilərə çatmaqla yeni müştərilər qazanmaqla yanaşı mövcud müştərini qorumaq və nəticədə markaya və məhsula bağlı sadiq müştərilər qazanmaq üçün aparılan bütün işlərə verilən ümumi addır. CRM proqramı ilə müştəri özünü seçilmiş və ya xüsusi hiss edir, buna görə şirkətə və ya məhsula bir asılılıq var.

CRM Proqramının Şirkətə verdiyi töhfələr nələrdir?

CRM proqramı ilə əsas məqsəd, hər şirkətdə olduğu kimi şirkətin mənfəətini artırmaqdır. Şirkət, CRM proqramı ilə müştərini dinləyən, anlayan və istəklərini tez bir zamanda cavablandıran, potensial müştərilərə çatan və mövcud müştərilərinə yeni sadiq müştərilər əlavə edən, məhsulları arasında qarşılıqlı satış edən və sifarişləri sürətlə satışa çevirən bir quruma çevrilir. CRM proqramı ilə müştəri klassik mənada ümumiləşdirilmir, təhlil edilə biləcəyi üçün isə detallıdır.

Satış mərhələsində müştərinin bütün alış vərdişləri və detalları CRM proqramı ilə bilindiyindən satış prosesi asanlaşır. Bundan əlavə, əməliyyatı həyata keçirən satış işçilərinin performansı CRM tətbiqetmələrində çox aydın şəkildə izlənilə bilər. Marketinq mərhələsində prosesi avtomatlaşdırır və satış işçilərini bütün kampaniya məlumatlarına və qarşılıqlı satışa yönəldir. Müştərini dinləmək və onlarla ünsiyyət qurmaq üçün şirkətlər CRM proqramından istifadə etməlidirlər. Yaxşı bir CRM tətbiqi ilə qurulan müştəri xidməti şirkət üçün daha çox müştəri və daha çox gəlir əldə etmək deməkdir. CRM tətbiqetmələri ilə məlumatlar, müştərinin ehtiyaclarına uyğun olaraq təsnif edilir, satış və marketinq işçilərinin gün ərzində vaxt itirməsinin qarşısını alır.

CRM Tətbiqetməsi (proqram təminatı) nədir?

Bütün bu proseslər nəticəsində əldə edilmiş məlumatlar saxlanılmalı, işlənməli və araşdırmalardan müxtəlif statistik məlumatlar alınmalıdır. CRM tətbiqləri arasında ən böyük paya sahib olan CRM proqramı bu məqsədlə hazırlanmışdır. Sadiq müştəri bazası yaratmaq, əldə edilmiş bütün məlumatları analiz etmək və satışları və gəlirliliyi artırmaq, bunlar CRM proqramıdır. Müştəri məlumatları CRM proqramı ilə saxlanılır və təhlil edilərkən, işçilər də idarə olunur. Yaxşı CRM proqramı, yaxşı bir texniki infrastruktur və müştəri, marketinq, satış və texniki xidmət rəhbərliyindən ibarətdir

Unutmamaq lazımdır ki istənilən proqram təminatı var olan bir prosesi avtomatlaşdırmaq üçündür. Proseslərininzi qurulması və sizin üçün ən yaxşı CRM proqram təminatının seçilib quraşdırılması üçün mütəxəssislərimizlə istənilən vaxt görüş təyin edə bilər və ya sualınız olarsa bir başa yaza biləriniz.