ip telefoniya

IVR / CallCenter / IPPBX / SIP / VoIP / Bulud Telefoniya

Potensial müştəri sizə zəng edir və bir neçə dəfə uğursuz alınır. Sizcə bu müştəri davamlı sizə zəng edəcək ya başqasını axtaracaq ?!

Buna görə etibarlı bir İP telefoniya sistemi çox vacibdir – müştərilərinizlə, indiki və gələcəkdə ilk əlaqə vasitənizdir.

Niyə İP telefoniya (VoİP)

İnternet üzərindən səs və ya İP Telefon (VoIP) şəhər xəttinin malik olduğu bütün funksiyaları özündə cəmləşdirməklə bərabər əlavə olaraq biznes üçün mütləq olan bir çox funksiyaları özündə ehtiva edir. VoİP verdiyi ən əsas funksiya isə əlavə avadanlığa, proqram təminatına və ya lisenziyaya ehtiyac olmadan istifadə oluna bilməsidir. Artıq sizin bir və ya beş ofisinizin olmasından asılı olmayaraq İP Telefon sizin ofislərinizdə rahatlıqla birləşir. Nəinki ofisdə Mobil telefonunuzda, planşetdə həttda komputerinizdə belə istifadə edə biləcəksiniz.

Stressiz Telefonlar

Business Telephone Services in Toronto

VoiP xidmətini Onyx Systems olaraq bizim serverimizdə qala bilər və biz sizin ofisinizə (və ya ofislərinizə) xidmət müqaviləsi əsasında (SLA – service level agreement) daxili nömrələr şəklində təqdim edə bilərik. Bir növ sizin ATS-niz rolunu oynamaqla. Bir başqa üsul isə keyfiyyətli internet xəttiniz və şəbəkə infrastrukturunuz varsa uyğun məbləğlə bu avadanlığı (və ya proqram təminatını) alıb öz ofisinizdə müstəqil istifadə edə bilərsiniz.

VoİP üstünlükləri

İPPBX istifadə edərək, interaktiv salamlama (İVR) xidmətini istifadə edə bilərsiniz. Başqa bir adla Robot Operator gələn zənglərinizəcavab verəcək.

Sürətli qoşulur, qoşulma qiyməti uyğun qiymətədir. Ofisiniz dəyişsəniz belə həmişə sizin yanınazdadır.

Mobil Telefon, planşet və ya komputerdə rahatlıqla istifadə edə bilərsiniz. Masaüstü telefona ehtiyac olmadan kafedə, restoranda, görüşdə internet olan hər yerdə yanınzda.

Xərcləri əhəmiyyətli dərəcdə azaldaraq əlavə xərclərdən (lisenziya, avadanlıq yeniləməsi və s.)də azad edir.

Mərkəzi telefon sistemi İPPBX yaradaraq dünyanın istənilən yerində olan ofislərinizlə (lokasiya fərqi olmadan internetin var olduğu hər yerdə) pulsuz danişa bilərsiniz.

Bir nömrə üzərindən eyni zamanda 30 zəng edə və ya zəng qəbul edə bilərsiniz. Xəttiniz heş vaxt məşğul olmayacaq.

Sadəcə 3 Addımda VoİP telefon qoşulması

FEATURE 1

Bizimlə əlaqə saxlayırsınız və istəyinizi bildirirsiniz. Bu istək əsasında sorğu formalaşdırılır və sizə təqdim olunan siyahıdan istədiyiniz nömrəni seçirsiniz.

FEATURE 2

Xidmətin verilmə növünə uyğun olaraq digər xidmətlərin konfiqurasiyası aparılır və daxili nömrələr call center, İVR və s. hazırlanır.

FEATURE 3

Siz dəstəyi qaldırırsınız və problemsiz ilk zənginiz qəbul edir və ya ilk zənginizi edirsiniz. Artıq sizin öz biznesinizə fokuslanmaq zamanıdır problemlərlə məşğul olmaq yox.

Sualınız var?

Hörmətli Həmvətənlərimiz

Pandemiyanın həm maddi həmdə mənəvi zərərini  nəzərə alaraq, təklif etdiyimiz istənilən xidmətlə bağlı konsultasiya və başlanğıc səviyyə işlərin görülməsini təmmənasız həyata keçirməyə qərar vermişik. Daha ətraflı məlumat üçün bizə yazmağınız kifayətdir.

Bizə yazın