Posts

Intranet nədir

intranet

İntranet, şirkət məlumatlarını işçilər arasında etibarlı şəkildə bölüşmək üçün istifadə olunan müəssisə daxili xüsusi bir şəbəkədir. İntranet qruplarla işləməyi asanlaşdırmaq üçün də istifadə edilə bilər.

İntranet işçilərə vacib məlumatları, bağlantıları, tətbiqetmələri və formaları habelə məlumat bazalarını asanlıqla əldə etməyə imkan verməklə təşkilat daxili kommunikasiyanın gücləndirilməsində müstəsna rol oynayır.

İstifadə istiqamətləri

– Gündəlik təkrarlanan işləri daha sadə hala gətirməklə nizamlamaq
– Vacib məlumat və şirkət məlumatlarını vahid verilənlər bazasında mərkəzləşdirmək və idarə etmək.
– Məlumat bütün şəbəkə daxilində rahatlıqla bölüşülə biləcəyindən kommunikasiyanı gücləndirmək.
– Şirkətdəki rollarına görə işçilərə fərdi məzmun təmin etmək.
– İşçilərin məlumat kitabçalarını, şirkət xəbərlərini və təşkilat qrafiklərini hazır vəziyyətə gətirərək daxili kommunikasiyani yaxşılaşdırılması.
– Şirkət siyasətləri, faydaları və yenilikləri haqqında məlumatları sürətli və asan əldə etmək.

inet

İntranet necə işləyir

Müəssisə daxili VEB server üzərində CMS (content management system – məlumatların idarəedilməsi sistemi) qurularaq, serverin müəssisə daxilində hər kəsə əlçatan olması üçün konfiqurasiya edilir. Müasir dövrdə hər şəyin internetə daşınmasını nəzərə alaraq İntranet artıq internet üzərindən (extranet) də əlçatan olması tələb oluna bilir. Bu halda VPN qoşulmadan istifadə edilməklə və ya Serverin təhlükəsizlik məsələlərinin gücləndirilməsi ilə internet üzərindən qoşulma aktiv edilə bilər. Həmçinin Onyx Systems kimi cloud təklif edən təşkilatlarla müqavilə bağlayaraq İntranetin Cloud üzərində saxlanması və idarə olunması mümkündür.

İntranetin üstünlükləri və problemləri

intranet plus

İntranetdən istifadənin bəzi potensial üstünlüklərinə aşağıdakılar daxildir:

  • Təkmilləşdirilmiş rabitə, məlumat mübadiləsi və gücləndirlimiş əməkdaşlıq.
  • Satış və əməliyyat xərclərinin aşağı olması səbəbindən investisiya gəlirliliyinin artması (ROI).
  • İnsan resurslarının işçilərin qeydlərini idarə etmək və müştəri xidmətləri nümayəndələrinin yardım və istəklərini izləmək imkanı.
  • İntranetin şirkətin İnternet səhifəsində tətbiq edilməzdən əvvəl yeni fikirlərin sınaq mühiti kimi istifadəsi.
  • İnsanlar ətrafında qurulan və geniş iştirak və qarşılıqlı əlaqəni təmin etməyə yönəlmiş bir sosial intranetdən istifadə etməklə iş daxilində inkişaf etmiş bir korporativ mədəniyyət.

İntranetdən istifadə edərkən qarşılaşılan bəzi problemlər bunlardır:

  • İntranetin ilk həyəcanı və yeniliyindən sonra istifadəçilər arasında maraq itkisi, məzmun çatışmazlığı ilə nəticələnə bilir.
  • İntranetin düzgün işləməsini və köhnə, yersiz məzmunla köhnəlməməsinin qarşısını almaq üçün davamlı nəzarət tələb olunur.
  • Sistemin daima UpToDate qalması üçün insan resursuna daima ehtiyac duyulur

Ümumilikdə göründüyü kimi mənfi xüsusiyyətləri qatdığı dəyərlərin qarşısında əhəmiyyətli mövqe tutmur. İntranetin olması təşkilat üçün mənbələrin birləşdirilməsinə, düzgün informasiyanın paylaşılmasına, işçilərə informasiyanın vaxtında və tam ötürülməsinə zəmin yaradır. Bu siyahıya Task management, sənəd dövriyyəsi, sənədlərin təsdiqi və razılaşdırılması, KPİ və s. kimi çox fiunksiyalar əlavə etmək mümkündür. İntranetin müəssisəyə qatacağı dəyərlər saymaqla bitməyəcək dərəcədə çoxdur. Bir növ sizin müəssisədə görmək və yaratmaq istədiyiniz mədəniyyəti yaradacaq alətdir.

Onyx Systems olaraq Sizə lazım olan tam dəstəyi göstərməyə komanda olaraq tam hazırıq.