Fiziki serverlərdən bulud infrastrukturuna keçid sizə xərc qənaəti, miqyaslanma və etibarlılıq gətirir. Biz bu prosesi sizin üçün sadə və təhlükəsiz edirik.
Bulud computing sizə fiziki avadanlıq almadan, internet üzərindən hesablama resurslarına çıxış imkanı verir. Bu, biznesiniz üçün çeviklik və xərc qənaəti deməkdir.
Dünyada ən çox istifadə edilən bulud platformaları ilə işləyirik
Microsoft ekosistemi ilə mükəmməl inteqrasiya. Office 365, Active Directory və enterprise həllər üçün ideal.
Ən geniş xidmət çeşidi. Startuplardan tutmuş enterprise şirkətlərə qədər hər kəs üçün.
Data analytics və machine learning üçün güclü platforma. Google-un infrastrukturu arxanızda.
A-dan Z-yə bulud həllərini sizə təqdim edirik
Sistemlərinizi hər istiqamətdə köçürürük — yerli serverdən buluda, buluddan geri yerli infrastruktura və bulud-buluda. Downtime olmadan, tək provayderə bağlı qalmadan.
Bulud infrastrukturunuzun gündəlik idarəsini biz öhdəmizə götürürük.
Datanızı qoruyun və hər hansı fəlakət zamanı sürətli bərpa edin.
Bulud xərclərinizdə qənaət edin, səmərəliliyi artırın.
Buluda keçidin biznesiniz üçün dəyişdirdikləri
Yalnız istifadə etdiyinizə ödəyərək fiziki server xərclərini azaldın
Tələbə görə resurslari artırın və ya azaldın
Enterprise-səviyyə təhlükəsizlik standartları
İstənilən yerdən, istənilən cihazdan işləyin
Sizin buludda keçidinizi necə həyata keçiririk
Mövcud infrastrukturu analiz edir, miqrasiya planı hazırlayırıq
Detallı miqrasiya yol xəritəsi və timeline hazırlayırıq
Addım-addım, downtime olmadan köçürürük
Performans və xərc optimallaşdırması aparırıq
Bu infrastrukturunuzun ölçüsündən asılıdır. Kiçik şirkətlər üçün bir neçə həftə, böyük enterprise layihələr üçün bir neçə ay çəkə bilər. Biz miqrasiyanı mərhələli aparırıq ki, biznesiniz dayanmasın.
Mütləq. Böyük bulud provayderləri (AWS, Azure, GCP) bank səviyyəsində şifrələmə və təhlükəsizlik sertifikatlarına malikdir. Biz əlavə olaraq backup və disaster recovery planları qururuq.
Bu sizin ehtiyaclarınızdan asılıdır. Microsoft məhsulları istifadə edirsinizsə Azure, geniş xidmət çeşidi lazımdırsa AWS, data analytics fokuslusunuzsa GCP tövsiyə olunur. Biz sizə ən uyğun platformanı müəyyən etməyə kömək edirik.
Əksər hallarda bəli. Hybrid cloud həlləri ilə yerli sistemləri bulud ilə birləşdirmək mümkündür. Hətta legacy sistemlər üçün də inteqrasiya yolları var.
Bəli. Biz miqrasiyanı hər istiqamətdə edirik — buludda xərc və ya tələblər dəyişərsə, iş yükünüzü buluddan geri yerli infrastruktura və ya başqa bulud provayderinə köçürürük. Tək provayderə (vendor lock-in) bağlı qalmırsınız.
Pulsuz konsultasiya ilə şirkətinizin bulud potensialını öyrənin