Karyera

Karyera İmkanları

ONYX Systems komandamıza qatıl və texnologiya sahəsində karyeranı inkişaf etdir. İnnovasiya və professional artımın ön planda olduğu bir mühitdə çalış.

Fəaliyyət ili
2019
Tamamlanan layihə
100+
Sektor
7
İcra modeli
Açar-təslim

01Niyə ONYX

Niyə ONYX Systems?

Komandamız innovativ texnologiyalar və müştəri məmnuniyyəti ətrafında birləşib. Burada hər kəs öz potensialını tam şəkildə realizə edə bilir.

  • 01

    Rəqabətli Maaş

    Bazar standartlarına uyğun maaş və performans bonusları

  • 02

    Professional İnkişaf

    Sertifikatlaşma dəstəyi və texniki təlimlərin ödənilməsi

  • 03

    Çevik İş

    Uzaqdan işləmə fürsəti və çevik iş saatları

  • 04

    Maraqlı Layihələr

    Bulud infrastrukturundan SaaS platformalarına qədər müasir texnologiya layihələrində işləyin

  • 05

    Güclü Komanda

    Təcrübəli professionalla işləyin. Bilik paylaşımı mədəniyyəti və əməkdaşlıq mühiti

  • 06

    Karyera İnkişafı

    Daxili promosyon imkanları və liderlik proqramları

02Açıq vakansiyalar

Açıq Vəzifələr

Komandamızda yer almaq istəyirsənsə, aşağıdakı vəzifələrə müraciət edə bilərsən.

  • Helpdesk Dəstək Mütəxəssisi

    • Müştəri Dəstəyi
    • Bakı, Azərbaycan
    • Tam ştat
    • Başlanğıc–orta səviyyə
    Bağlı

    İstifadəçilərə birinci xətt texniki dəstək göstərən, sorğuları qeydə alıb operativ həll edən və mürəkkəb halları aidiyyatı üzrə yönləndirən komanda üzvü axtarırıq.

    Tələblər

    • Windows və Microsoft 365 / Office üzrə əminlik
    • Əsas aparat, printer və periferiya problemlərinin diaqnostikası
    • Uzaqdan dəstək alətləri (AnyDesk, TeamViewer) ilə iş
    • Ticket / dəstək (helpdesk) sistemləri ilə tanışlıq
    • Güclü ünsiyyət və müştəri yönümlü yanaşma
    • Azərbaycan dili (sərbəst); rus və ya ingilis dili üstünlükdür

    Məsuliyyətlər

    • Telefon, e-poçt və ticket sistemi üzərindən sorğuların qəbulu və qeydiyyatı
    • Birinci xətt problemlərinin həlli, mürəkkəb halların eskalasiyası
    • İstifadəçi hesabları, e-poçt və əsas proqramlara dəstək
    • İş stansiyalarının və periferiyanın hazırlanması və quraşdırılması
  • Satış Mütəxəssisi (B2B — İT avadanlıq və həllər)

    • Satış
    • Bakı, Azərbaycan
    • Tam ştat
    • Satış təcrübəsi
    AktivVakansiyaya bax

    Korporativ müştərilərə İT avadanlıq və həllər təklif edən, müştəri ehtiyacını uyğun texniki həllə çevirən satış mütəxəssisi axtarırıq.

    Əməkhaqqı və motivasiya

    • Sabit hissə: 450-650 AZN (təcrübəyə uyğun)
    • Satışdan faiz: hər bağlanan sövdələşmənin marjasından, yuxarı limit yoxdur
    • Aktiv satışda real aylıq ümumi qazanc: 1000-1800 AZN
    • İlk 3 ay adaptasiya dövrü üçün minimum zəmanətli bonus
    • Korporativ nömrə, nəqliyyat xərcləri

    Tələblər

    • Satış təcrübəsi (B2B sahəsində təcrübə üstünlükdür)
    • İT avadanlıq və həllər haqqında ümumi bilik
    • CRM sistemləri ilə iş bacarığı
    • Güclü təqdimat və danışıq aparma bacarığı
    • Müştəri münasibətlərinin qurulmasında məharət
    • Azərbaycan dili (sərbəst); rus və ya ingilis dili üstünlükdür

    Məsuliyyətlər

    • Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə işin inkişafı
    • Müştəri ehtiyacının öyrənilməsi və uyğun həllin təklif edilməsi
    • Texniki komanda ilə birlikdə kommersiya təkliflərinin hazırlanması
    • Danışıqların aparılması və satışın bağlanması

    Sizə nə veririk

    • Hazır müştəri müraciət axını — sıfırdan soyuq zəng deyil
    • Texniki komandanın dəstəyi: təklifin texniki hissəsini biz hazırlayırıq

03Müraciət prosesi

Müraciət Prosesi

Sadə və şəffaf müraciət prosesimiz ilə qısa müddətdə geri dönüş alacaqsan.

  1. 01

    Müraciət

    Maraqlandığın vəzifə üçün "Müraciət Et" düyməsini klik et və məlumatlarını paylaş.

  2. 02

    İlkin Dəyərləndirmə

    CV-ni və təcrübəni dəyərləndirərik. 2-3 iş günü ərzində geri dönüş alacaqsan.

  3. 03

    Müsahibə

    HR və texniki komanda ilə müsahibə keçirib bacarıqlarını qiymətləndirərik.

  4. 04

    Qərar

    Müsahibədən sonra qısa müddətdə qərarımızı bildirərik və onboarding başlayacaq.

Komandamıza Qatılmağa Hazırsan?

Texnologiya sahəsində karyeranı inkişaf etdirmək üçün ONYX Systems mükəmməl seçimdir.