Klinikalar üçün IT

Klinikanız bir dəqiqə də dayanmasın

Pasiyent bazası, sığorta inteqrasiyası, qəbul sistemi — hamısı fasiləsiz işləməlidir. ONYX klinikanızın bütün IT-sini qurur və idarə edir: avadanlıqdan serverotağına, məlumat təhlükəsizliyindən aylıq dəstəyə qədər.

1Risk

Klinikada IT çökəndə nə itirirsiniz

Bir saatlıq dayanma — bütün günün qəbulu deməkdir.

  • Qəbul dayanır

    Sistem çökür — sığortaya qoşula bilmirsiniz, pasiyent kartına girə bilmirsiniz. Növbə yığılır, günün gəliri itir.

  • Pasiyent datası risk altında

    Şəxsi Məlumatların Qorunması Qanununun pozulması cərimə deməkdir. Şifrələnməmiş və ya backup-sız data — açıq risk.

  • Kimə zəng edəcəyinizi bilmirsiniz

    Frilanser telefonu açmır, zəmanət yoxdur. Problemi kimin və nə vaxt həll edəcəyi məlum deyil.

2Həll

Avadanlıqdan idarəetməyə — tam zəncir

ONYX klinikanın IT-sini baş-sona, bir əldən qurur.

  1. 1

    Təchizat

    Server, şəbəkə avadanlığı, firewall və iş stansiyaları — etibarlı vendorlardan (Dell, Cisco, Fortinet) gətirib quraşdırırıq.

  2. 2

    Qurulum

    Serverotağı, struktur kabel, Wi-Fi, qəbul və kabinetlər arası şəbəkə — pasiyent axınına uyğun dizayn edilir.

  3. 3

    İdarəetmə

    Aylıq dəstək, monitorinq, backup və təhlükəsizlik — yazılı SLA ilə. Siz pasiyentlə məşğul olun, IT bizdə.

3Təhlükəsizlik

Uyğunluq və təhlükəsizlik

Klinika datası qanunla qorunmalıdır — biz bunu standart edirik.

  • Pasiyent datasının qorunması

    Şifrələmə, giriş nəzarəti və avtomatik backup — Şəxsi Məlumatların Qorunması Qanununa uyğun.

  • Sığortaya fasiləsiz qoşulma

    İcbari tibbi sığorta inteqrasiyası üçün stabil şəbəkə və ehtiyat internet kanalı.

  • Perimetr təhlükəsizliyi

    Onyx Firewall klinika şəbəkəsini kənar hücumdan qoruyur; kibertəhlükəsizlik monitorinqi əlavə oluna bilir.

4Qiymət

Şəffaf qiymət

Sabit aylıq ödəniş — gizli xərc yox

Aylıq ödəniş klinikanızın ölçüsünə görə hesablanır: iş stansiyaları + server + əlavələr. Birdəfəlik quraşdırma ayrıca. Ehtiyaca görə uzaqdan, hibrid və ya tam yerində dəstək seçilə bilər. Dəqiq rəqəm WhatsApp-da təsdiqlənir.

Aylıq dəstək tipik olaraq 400–700 AZN-dən başlayır

5Niyə ONYX

Niyə ONYX

  • Tam zəncir, bir məsul tərəf

    Avadanlıq, quraşdırma və dəstək — hamısı bizdə. Vendorlar arasında qalmırsınız.

  • Real serverotağı təcrübəsi

    Texniki direktorumuz COP29 üçün passiv infrastruktur layihəsini çəkib və icrasına şəxsən rəhbərlik edib — eyni səviyyəli yanaşma klinika serverotağına gəlir.

  • SLA ilə cavabdehlik

    Frilanser deyil — yazılı SLA, zəmanət və sabit əlaqə. Problem olanda kimə zəng edəcəyiniz bəllidir.

Tez-tez verilən suallar

01

Mövcud sistemimizi tam dəyişməliyik?

Xeyr. Əvvəlcə mövcud infrastrukturu qiymətləndiririk, sonra yalnız lazım olanı yeniləyirik. İşləyən sistemi saxlayırıq.

02

Aylıq ödəniş nəyi əhatə edir?

Monitorinq, dəstək, backup və təhlükəsizlik yeniləmələri. Tələbə görə cədvəlli on-site baxış da daxil edilir.

03

Pasiyent datası harada saxlanılır?

Sizin nəzarətinizdə — yerli serverdə və ya seçdiyiniz buludda. Hər iki halda şifrələmə və backup tətbiq olunur.

04

Necə başlayırıq?

WhatsApp-da qısa söhbət və pulsuz baxışla. Klinikanın ölçüsünə görə qiymət təklifini adətən 1–2 günə veririk.

Klinikanızın IT-sini bizə həvalə edin

Pulsuz baxış və sabit qiymət təklifi — WhatsApp-da bir mesaj uzaqlıqda.