BIMPulse memarlıq və layihə büroları üçün ONYX-in öz məhsuludur. Ödəniş mərhələləri, adam-saat planı, saat cədvəli, tariflər, faktura və layihə mənfəəti bir sistemdə. Söhbət tapşırıqlardan yox, layihələrin maliyyəsindən gedir.
15 gün, məhsulun tamamı · 5 istifadəçi yeri, 2 GB · Kart tələb olunmur
Rəqəmlər məhsulun büdcə ekranından, nümunə hesabdan götürülüb.
Bu cavablar ay sonunu gözləməməlidir, iş gedərkən görünməlidir. BIMPulse elə bunun üçündür.
Mühəndislər saatını yaddaşdan yazır. Kimin nəyə nə vaxt işlədiyini ancaq ay bağlananda görürsünüz. Düzəliş etməyə isə artıq gec olur.
Müqavilədə hər mərhələnin ödəniş faizi yazılıb. Faktiki neçə faizinin bitdiyini, deməli nə qədər gəlirin tanındığını isə heç kim deyə bilmir.
Layihə bitdi, amma xərclə gəliri yan-yana qoyub faktiki mənfəəti heç kim hesablamadı. Növbəti müqavilənin qiyməti yenə göz qərarı ilə verilir.
Mühəndisin cədvələ yazdığı saat mərhələdən fakturaya, oradan da layihənin mənfəətinə qədər özü hərəkət edir. Heç bir addım əl ilə köçürülmür.
Müqavilənin məbləği, nömrəsi və imza tarixi layihəyə yazılır.
Hər mərhələ müqavilə məbləğinin bir faizini daşıyır.
Mərhələdəki tapşırıqlara neçə saat lazım olduğunu göstərir.
Mühəndis saatını cədvələ yazır, rəhbər təsdiqləyir, xana kilidlənir.
Maya tarifi və satış tarifi yazının öz iş tarixinə görə ayrıca tapılır.
Mərhələnin məbləği sifarişçiyə faktura kimi çıxarılır, gəlir tanınır.
Tanınan gəlirdən əmək və digər xərclər çıxılır, marja qalır.
Layihə strukturundan sənəd reyestrinə və fakturaya qədər. Ayrı-ayrı proqramlara və Excel cədvəllərinə ehtiyac qalmır.
AEC ödəniş mərhələləri şablonu layihəyə bir klikə tətbiq olunur: eskiz layihə 10%, ön layihə 20%, işçi layihə 45%, ekspertiza və razılaşdırma 10%, müəllif nəzarəti 15%.
Həftəlik cədvəl. Təsdiqlənən xana modelin özündə kilidlənir və sonradan dəyişdirilə bilmir. Adi istifadəçinin nə qədər geriyə saat yaza biləcəyini isə siz təyin edirsiniz.
Hər saat həm maya, həm satış tarifinə görə qiymətlənir. Hər tarifin öz qüvvədə olma müddəti var: iyunda verilən maaş artımı martın xərcini dəyişmir. Maya tarifi ayrıca icazə arxasındadır.
Layihə, mərhələ, tapşırıq və alt-tapşırıq ağacı. Dərinlik həddi var, dövrə yaratmağa isə icazə verilmir. Baxışlar: lövhə, siyahı, təqvim, Gantt, yol xəritəsi və şəxsi tapşırıq siyahısı.
Hesab səviyyəsində iş günləri, günlük saat, dövlət bayramları və köçürülmüş iş günləri. Azərbaycan bayramları bir klikə yüklənir, bayram həftəsində tutum özü azalır.
Kimin hansı işə təyin olunduğunu göstərən həftəlik və ya aylıq matris: tutum, ayrılmış saat, boş saat və həddindən artıq yüklənənlərin siyahısı.
Hər vərəqin öz kodu (A-101), adı, ixtisası və mərhələsi var, versiyalar onun altında yığılır. Tarixçə yalnız artır: köhnə versiya silinmir, sadəcə yenisi ilə əvəzlənmiş kimi işarələnir. Hər versiyanın SHA-256 barmaq izi saxlanılır.
Layihədə müqavilə dəyəri, nömrəsi və imza tarixi. Vergi, statuslar, təkrarlanan fakturalar, bank hesabları və PDF. Müqavilə şablonları, qarşı tərəfin girişsiz açdığı portal, imza və versiyalar.
Tanınan gəlir, hər yazının öz iş tarixindəki tariflə yenidən hesablanmış əmək xərci və əmək xaricində xərclər. Marja hər ikisinə qarşı çıxarılır. Qiymətlənməmiş saatlar gizlədilmir, mənfi marja da mənfi göstərilir.
Layihəni açan kimi AEC ödəniş mərhələləri şablonu tətbiq olunur və müqavilə dəyəri beş mərhələyə bölünür.
Mərhələnin tamamlanma faizini layihə rəhbəri özü yaza bilər. Yazmayanda faiz mərhələnin tapşırıqlarından çıxarılır və tanınan gəlir buna görə hesablanır.
Cədvəl yalnız sizin yazdığınızı bilir. BIMPulse isə hər dəyişiklikdən sonra özü yenidən hesablayır.
| Sizə nə lazımdır | Excel | BIMPulse |
|---|---|---|
| Təsdiqlənmiş saatın kilidlənməsi | əl ilə | |
| Mərhələ üzrə gəlirin tanınması | düsturla | |
| Maya tarifi və satış tarifi ayrı-ayrı | iki sütun | |
| Bayram və köçürülmüş iş günü ilə tutum | ||
| Layihə mənfəəti və marjası | əl ilə | |
| Kimin nəyi görməsi | ayrı fayl |
Qeydiyyat kartsızdır: e-poçtu təsdiqləyirsiniz, iki dəqiqə çəkir. Heç bir funksiya bağlı deyil, limitlər isə ödənişli hesabdakı kimi ciddi işləyir.
Sınaq bitəndə hesab nə silinir, nə bağlanır: yalnız oxuma rejiminə keçir. Giriş, oxu və ixrac işləməyə davam edir.
Pulsuz sınaqModul sistemi yoxdur, plana görə funksiya kəsilmir. Hər hesab məhsulun tamamını alır.
Onlayn ödəniş və kart yoxdur: qiyməti sizinlə birbaşa danışıb müqavilədə yazırıq.
Hesab paketləri görə və keçid sorğusu göndərə bilər, sorğu özü isə heç nəyi dəyişmir.
Faktura sistemdən kənar, ONYX ilə bağlanan müqavilə üzrə kəsilir.
5 ilə 50 nəfərlik memarlıq, layihə və mühəndislik büroları üçün. Sistemi adətən büronun sahibi və ya baş mühəndis idarə edir, İT müdiri yox. Mövzu tapşırıq idarəetməsi deyil, layihələrin maliyyəsidir: müqavilə dəyəri, ödəniş mərhələləri, adam-saat, tariflər, faktura və layihə mənfəəti.
Cədvəl yalnız sizin yazdığınızı bilir. BIMPulse isə hər dəyişiklikdən sonra özü yenidən hesablayır: təsdiqlənmiş saat kilidlənir, gəlir mərhələ üzrə tanınır, əmək xərci hər yazının öz iş tarixindəki tariflə çıxarılır, maya tarifini görmək üçün isə ayrıca icazə lazımdır.
Yox, yoxdur və bunu açıq deyirik. Sənəd reyestri modelin içini oxumur. Faylı iki cür saxlamaq olar: ya fayl bizim obyekt anbarımızda qalır və hesabın kvotasına yazılır, ya da yalnız keçid və SHA-256 barmaq izi saxlanılır. İkinci halda fayl bizə köçürülmür və yaddaş limitinizdən yer tutmur. Ağır RVT, DWG və IFC faylları məhz belə işlənir.
Azərbaycan və ingilis dilində. Valyuta və saat qurşağı hesab səviyyəsində təyin olunur, məhsulun içində isə Azərbaycanca lüğəti olan kömək bölməsi var.
Heç kim kənarda qalmır. Hesab nə silinir, nə bağlanır: yalnız oxuma rejiminə keçir. Hamı sistemə daxil ola, bütün layihələri oxuya və ixrac edə bilir, sadəcə yenisi yaradılmır və mövcud olan dəyişdirilmir. Məlumat 90 gün saxlanılır.
İki ölçü üzrə: neçə istifadəçi yeri lazımdır və nə qədər yaddaş. Modul sistemi yoxdur, ona görə heç bir funksiya plana görə kəsilmir: hər hesab məhsulun tamamını alır. Onlayn ödəniş və kart yoxdur, qiyməti insan razılaşdırır və müqavilədə yazılır, faktura isə sistemdən kənar kəsilir. Hesab paketləri görüb keçid sorğusu göndərə bilər, amma sorğu özü heç nəyi dəyişmir.
BIMPulse ONYX-in öz məhsuludur, Onyx Firewall, Bircore BMS və ONYX Helpdesk ilə eyni məhsul xəttindədir. Yəni platformanı da, quraşdırmanı da, dəstəyi də eyni şirkət verir.
Demo istəyin, büronuzun bir real layihəsi üzərində göstərək. Ya da elə bu gün pulsuz sınağa başlayın.
15 gün, məhsulun tamamı · 5 istifadəçi yeri, 2 GB · Kart tələb olunmur