Bütün vakansiyalar
Aktiv vakansiya

Satış Mütəxəssisi (B2B — İT avadanlıq və həllər)

SatışBakı, AzərbaycanTam ştatSatış təcrübəsi

Korporativ müştərilərə İT avadanlıq və həllər təklif edən, müştəri ehtiyacını uyğun texniki həllə çevirən satış mütəxəssisi axtarırıq.

Əməkhaqqı və motivasiya

  • Sabit hissə: 450-650 AZN (təcrübəyə uyğun)
  • Satışdan faiz: hər bağlanan sövdələşmənin marjasından, yuxarı limit yoxdur
  • Aktiv satışda real aylıq ümumi qazanc: 1000-1800 AZN
  • İlk 3 ay adaptasiya dövrü üçün minimum zəmanətli bonus
  • Korporativ nömrə, nəqliyyat xərcləri

Tələblər

  • Satış təcrübəsi (B2B sahəsində təcrübə üstünlükdür)
  • İT avadanlıq və həllər haqqında ümumi bilik
  • CRM sistemləri ilə iş bacarığı
  • Güclü təqdimat və danışıq aparma bacarığı
  • Müştəri münasibətlərinin qurulmasında məharət
  • Azərbaycan dili (sərbəst); rus və ya ingilis dili üstünlükdür

Vəzifə öhdəlikləri

  • Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə işin inkişafı
  • Müştəri ehtiyacının öyrənilməsi və uyğun həllin təklif edilməsi
  • Texniki komanda ilə birlikdə kommersiya təkliflərinin hazırlanması
  • Danışıqların aparılması və satışın bağlanması

Sizə nə veririk

  • Hazır müştəri müraciət axını — sıfırdan soyuq zəng deyil
  • Texniki komandanın dəstəyi: təklifin texniki hissəsini biz hazırlayırıq