Helpdesk, ofisə planlı mühəndis günləri, monitorinq və avadanlıq təchizatı — hamısı bir müqavilə ilə. Adam axtarmırsınız, müsahibə keçirmirsiniz, əvəzedici düşünmürsünüz: komanda ilk gündən işləkdir.
Aylıq tam yük: maaş, 22% DSMF, məzuniyyət, avadanlıq və təlim. Bir nəfər, iş saatları, xəstələnəndə əvəzedici yoxdur.
Bütöv komanda: helpdesk növbəsi, şəbəkə və server mühəndisi, təhlükəsizlik. Yazılı SLA; məzuniyyət və xəstəlik sizin probleminiz deyil.
Rəqəmlər Bakı bazarına və ONYX-in real müqavilələrinə əsaslanır. Dəqiq qiymət komandanızın ölçüsündən asılıdır.
Ayrı-ayrı xidmətlər deyil — işləyən bir İT şöbəsinin bütün funksiyaları.
İşçiləriniz problemi telefon, e-poçt və ya helpdesk sistemi ilə göndərir. Hər sorğunun cavab müddəti müqavilədə yazılıb — kritik nasazlıqda dəqiqələr, adi sorğuda saatlar.
Kompüter, server və şəbəkə avadanlığına uzaqdan qoşuluruq: parol sıfırlama, proqram quraşdırma, nasazlıq axtarışı — sorğuların böyük hissəsi yerinə çıxmadan bağlanır.
Razılaşdırılmış günlərdə mühəndis ofisinizdədir: yeni işçinin quraşdırılması, kabel, printer, server otağı. Remote, Hybrid və ya Dedicated — modeli siz seçirsiniz.
Server, internet kanalı, backup və disk sahəsi avtomatik izlənir. Nasazlığı çox vaxt siz görməmişdən əvvəl biz görürük və bağlayırıq.
Cisco, Dell, HP, Lenovo, Fortinet, Mikrotik, Microsoft — seçim, təklif, alış, quraşdırma və uçot. Ayrıca təchizatçı axtarmağa ehtiyac qalmır.
Backup (+50 ₼-dən), Microsoft 365 administrasiyası (+50–120 ₼), kibertəhlükəsizlik monitorinqi (+200 ₼-dən) və Onyx Firewall idarəçiliyi — modul kimi əlavə olunur.
Uzaqdan dəstək bazadır; ofis günləri onun üzərinə əlavə olunur. Əlavə planlı gün sayına görə hesablanır.
Tam uzaqdan dəstək. Kiçik ofislər və bulud əsaslı komandalar üçün. Ciddi nasazlıqda mühəndis yenə də ofisə çıxır.
Ən çox seçilən model. Mühəndis həftədə iki dəfə ofisdədir, qalan vaxt uzaqdan bağlıdır. 15–40 nəfərlik şirkətlər üçün.
Ofisinizə təhkim olunmuş mühəndis — daimi işçi kimi, amma arxasında ONYX komandası, əvəzedicisi və dar ixtisas mütəxəssisləri ilə.
Hesablama: planlı ofis günü başına ayda 280–360 ₼. Bu məbləğ cihaz sayına görə hesablanan bazanın üzərinə gəlir.
Kompüter və server sayına görə üç plan. Dəqiq rəqəmi kalkulyatorda özünüz görürsünüz.
180–250 ₼/ay
400–650 ₼/ay
700+ ₼/ay
Öz kompüter və server sayınızı yazıb dəqiq aralığı görmək üçün qiymət kalkulyatorunu açın.
İlk söhbətdən tam təhvilə qədər adətən 10 iş günü.
Ofisə gəlirik: kompüterlər, server, şəbəkə, lisenziyalar və backup vəziyyəti yazılır. Nəyin işlədiyini, nəyin risk olduğunu siyahı şəklində alırsınız.
Auditə əsasən sabit aylıq qiymət, xidmətin əhatəsi və cavab müddətləri yazılı müqavilədə təsbit olunur. Gizli xərc yoxdur.
Parollar və girişlər təhlükəsiz qaydada qəbul olunur, monitorinq quraşdırılır, avadanlıq uçotu yığılır, işçilər helpdesk-ə qoşulur.
Helpdesk işə düşür, planlı ofis günləri başlayır. Hər ay: nə baş verdi, nə düzəldildi və növbəti ay üçün nə tövsiyə olunur.
Müqaviləyə ONYX-in öz helpdesk sisteminə giriş daxildir: işçiləriniz sorğu göndərir, siz isə hansı problemin nə vaxt həll olunduğunu, SLA-nın gözlənildiyini və hansı avadanlığın kimdə olduğunu görürsünüz.
ONYX Helpdesk haqqındaDəstək indi lazımdır? Sorğunu help.onyx.az ünvanından göndərin — səhifə hamıya açıqdır, hesab yaratmaq tələb olunmur.
help.onyx.az-da sorğu göndərinCavab müddətləri plandan asılıdır və müqavilədə yazılır: Essential — iş saatları ərzində 4 saata qədər, Managed — 2 saata qədər və növbədənkənar eskalasiya, Managed+ — 24/7 rejimdə kritik nasazlıqlar üçün 1 saata qədər. Server və ya internet tam dayanıbsa, sorğu avtomatik ən yüksək prioritetə qalxır.
Hər ikisi. Sorğuların böyük hissəsi uzaqdan həll olunur, amma hər planda ofis ziyarəti var: Essential-də ayda ən azı bir planlı gün, Hybrid modeldə həftədə iki gün, Dedicated modeldə isə mühəndis faktiki olaraq sizin ofisinizdə işləyir. Ciddi nasazlıqda modeldən asılı olmayaraq yerinə çıxırıq.
Xeyr. Müştərilərimizin bir hissəsində daxili admin qalır, biz isə onun arxasında ikinci səviyyə oluruq: server, şəbəkə, təhlükəsizlik, məzuniyyət və xəstəlik dövrləri, gecə hadisələri. Belə hallarda adətən Essential və ya Remote modellə başlayırıq — daxili admin gündəlik sorğularla, biz mürəkkəb işlərlə məşğul oluruq.
Standart müqavilə 12 aylıqdır, ödəniş aylıqdır və bir ay əvvəldən yazılı xəbərdarlıqla dayandırıla bilər. İllik öhdəlik götürsəniz endirim danışıla bilər. Müqavilə bitəndə bütün parollar, sənədlər, şəbəkə sxemi və avadanlıq uçotu sizə təhvil verilir — heç nə bizdə qalmır.
Müqaviləyə məxfilik (NDA) bəndi daxildir. Mühəndislərə giriş ad-soyadla bağlı fərdi hesablarla verilir, ümumi parol istifadə olunmur, əməliyyatlar loglanır və müqavilə bitən kimi bütün girişlər bağlanır. Verilənlərinizi öz serverlərimizə köçürmürük — backup həlləri də sizin adınıza qurulur.
Pulsuz baxış, sabit aylıq qiymət və yazılı SLA. WhatsApp-da bir mesaj kifayətdir.